Ramazan ayının başlayacağı tarix AÇIQLANIB

Azərbaycanda Ramazan ayının başlanma tarixi açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən Müstəqil.Az-a verilən məlumata görə, Azərbaycanda Ramazan ayının ilk günü aprelin 13-ə düşəcək. Qeyd olunub ki, Azərbaycan Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, Ramazan ayının ilk günü aprelin 13-nə təsadüf edəcək.

QMİ-dən əlavə olunub ki, bəzi ölkələrdə Ramazan ayı aprelin 14-də, çox ölkələrdə isə aprelin 13-də başlayacaq.

Müstəqil.Az

Share: