Rafael Ağayev Braziliyaya niyə gedir?

Azərbaycan karateçisi Rafael Ağayev Braziliyaya dəvət olunub.

Beşqat dünya və 11 qat Avropa çempionu oktyabrın 15-də Ribeyrao-Preto şəhərindəki Albert Sabin məktəbində master-klas keçəcək.

Braziliyanın karate komandasının məşqçisi Rikardo Aqiar təcrübəli Ağayevin şəhərə səfəri barədə danışıb:

“Rafael səviyyəsində bir idmançını gətirə bilmək böyük şərəfdir. Bu karateçinin gəlişi region idmançılarının peşəkar inkişafı baxımından unikal fürsətdir”.

Mənbə: revide.com.br

Share: