Rəsulzadənin nadir fotoları- ömrün səhifələri

Bu gün Azərbaycan Cümhuriyyətinin liderlərindən biri, ADR-in Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu gündən 134 il keçir. Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə Rəsulzadə haqqında da xeyli yazıları təqdim edib.
Rəsulzadənin 134 illiyi bağlı hazırladığımız növbəti materialda isə sizləri onun nadir fotoları ilə tanış edəcəyik. Həmin fotolara görə araşdırmaçılar Ədalət Tahirzadə, Zaur Əliyev və tarixçi Elmar Həsənova minnətdarıq:
Burada Rəsulzadənin düz 30 yaşı var. Foto 8 fevral 1914-cü ildə çəkilib. Hələ hər şey qabaqdadır; acılar da, fərəhlər də…
Artıq həyatın başqa mərhələsidir. Rəsulzadə çətinliklə də olsa, Finlandiyaya keçib, orada mücadilənin yeni mərhələsinə başlayır. Foto 1922-ci ilə aiddir:
 
Yəqin, tanıdınız… Soldan birinci… Yaş yavaş-yavaş ötməkdədir. Amma Rəsulzadə hələlik, heç cürə yorulan deyil:
1919-cu il… ADR hələ ki, mövcud olduğu qızıl aylar. Rəsulzadə Şəfi bəy Rüstəmbəyli və Nəsib bəy Yusifbəylinin yanında:
Rəsulzadə və xanımı Vanda türkiyəli dostu, professor Həmid Atamanın evində:
 
Rəsulzadənin cavanlığına aid iki kollektiv şəkli:
 
Mirzəbala Məmmədzadə və Abbasqulu Kazımzadə ilə
Əlavə bir neçə foto:
 

Share: