Rəsmi Tehran: “İran münaqişənin Yaxın Şərqə yayılmasını istəmir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İran Fələstin-İsrail münaqişəsinin başqa bölgələrə yayılmasını istəmir”.

Bu barədə ölkənin Xarici İşlər Naziri Hüseyn Əmir-Abdllahian CNN telekanalına müsahibəsində bildirib.

“Biz bu müharibənin böyüməsini istəmirik”, – deyə iranlı diplomat əlavə edib.

O, Yaxın Şərqdə baş verən və ABŞ-nin maraqlarını hədəf alan müxtəlif qruplar tərəfindən həyata keçirilən hücumların dəlil olmadan İranla əlaqələndirilməsinin tamamilə yanlış olduğunu vurğulayıb.

Share: