Quldurlar türk gəmisini qaçırdı: Azərbaycanlı dənizçi öldürüldü

Qvineya körfəzində Türkiyəyə məxsus gəminin dəniz quldurları tərəfindən qaçırıldığı iddia edilib.

Müstəqil.Az xəbər verir ki, bu barədə “Haber 7” məlumat yayıb.

Məlumata görə, qaçırılan gəmidə 19 ekipaj üzvü olub.

Hadisə ilə bağlı Türkiyə rəsmilərinin danışıqlara başladığı bildirilir.

***

“Boden” türk şirkətinə məxsus “M/V Mozart” adlı gəmi nigeriyalı dəniz quldurları tərəfindən qaçırılıb.

Gəmi Nigeriyanın Laqos şəhərindən CAR-ın Keyptaun şəhərinə getmək üçün yola düşüb. Dəniz quldurlarının hücumu nəticəsində 15 nəfər girov götürülüb.

Gəminin 4-cü kapitanı Furkan Yarən quldurların ona verdiyi radar istiqamətində hərəkət etdiyini bildirib.

O qeyd edib ki, gəminin 2-ci mühəndisi Fərman İsmayılov öldürülüb.

Müstəqil.Az 

Share: