Qazaxıstanlı əvəzinə qazaxlı…Bu görüntülər qazaxlıları güldürdü + VİDEO

Məşhur video kamera markası GoPro şirkətinin instaqramdakı son paylaşımında kuryoz hadisə baş verib. 

Müstəqil.Az Enter.News -a istinadən xəbər verir ki, şirkət 13 milyon yarımlıq rəsmi səhifəsində sevgililər gününə həsr olunmuş videonu yayımlayıb. Maraqlı nüans ondan ibarətdir ki, şirkətin SMM-i videonun çəkildiyi yeri Qazaxıstan əvəzinə Qazax, Azərbaycan deyə işarələyib.

Sözügedən yanlışlıq şəbəkə istifadəçilərinin gözündən yayınmayıb. Xeyli sayda qazaxlı səhifəyə daxil olaraq paylaşımla bağlı yumorist şərhlər yazıb.

Sözügedən videonun instaqram paylaşımı BURADA

Share: