Qazaxıstan XİN-ə yeni rəhbər təyin edildi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Murat Nurtleunu ölkənin xarici işlər naziri və Baş nazirin müavini təyin edib.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, Tokayev bununla bağlı sərəncam imzalayıb.

Nurtleu bu vəzifədə Muxtar Tleuberdini əvəz edəcək. Yeni XİN rəhbəri 2022-ci ilin fevralından Prezident Administrasiyasına sədrlik edib.

Bununla yanaşı, Tokayev digər fərmanlarla DİN rəhbəri Marat Ahmetcanov və müdafiə naziri Ruslan Jaksılıkovu yenidən öz vəzifələrinə təyin edib.


Share: