Qazaxda yeznə qayınını bıçaqlayıb

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

Müstəqil.Az -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

1999-cu il təvəllüdlü Seymur Muradov yeznəsi Hikmət Əfəndiyev tərəfindən bıçaqlanıb.

O, dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

Share: