Qaxda yol qəzasında iki nəfər xəsarət alıb

Qaxda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunda qeydə alınıb.

Rayonun Çüdüllü kənd sakini, 1995-ci il təvəllüdlü Təbriz Araz oğlu Qurbanov minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan cıxaraq telefon dirəyinə çırpılaraq aşıb.

Sürücü və avtomobildə olan qadın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share: