“Qarajda bağladım və gözlədim”: Ata 4 yaşlı oğlunu öldürdü – səbəbi sizi dəhşətə gətirəcək!

Dəhşətli cinayəti törətdikdən sonra öz arvadına SMS yazıb: “Sənin canını əzab-əziyyətdən qurtardım”.

Rusiyanı şoka salan hadisə Nijni Novqorod şəhərində baş verib. Maksim Qorev 4 yaşlı oğlu Artyomu qəsdən öldürməkdə təqsirli bilinərək həbs edilib. O uşağı karbon qazı ilə boğaraq öldürüb.

Sonra ata öz oğlunun cəsədini qarajın arxasında basdırıb. Məhkəmə-tibb ekspertləri uşağın bədənində zorakılıq əlamətləri aşkarlayıblar. Amma onların gəldiyi nəticəyə əsasən, uşaq bu zorakılıqlardan deyil, karbon qazı ilə zəhərlənmədən ölüb.

İlkin ifadəsində Maksim Qorev qətli törətdiyini etiraf edib. Məlum olub ki, o uşağı qaraja salıb, avtomobili işə salıb, sonra isə qarajın qapısını kilidləyib və bayırda oturub gözləyib. Bir müddətdən sonra uşaq karbon qazından zəhərlənərək ölüb.

Xatırladaq ki, Maksim Qorev Rusiya Daxili işlər Nazirliyinin əməkdaşı Yevgeniya Qorevanın əridir. O 4 yaşlı Artyomu öldürüb ki, arvadını həm nazirlikdə işləmək, həm də uşağa baxmaq kimi çətin qayğılardan qurtarsın.

Share: