“Qarabağ”ın Çempionlar Liqasındakı qazancı məlum oldu

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko” ilə oyunda heç-heçə etməsi Ağdam təmsilçisinin büdcəsini də zənginləşdirəcək.

Madriddə “Atletiko” ilə 1:1 hesablı heç-heçəyə nail olan təmsilçimizə UEFA tərəfindən yarım milyon avro (988.800 AZN) mükafat ayrılacaq.

Tərəflərin Bakıda keçirilən oyununda da 0:0 hesablı bərabərliyin qeydə alındığını nəzərə alsaq, bu, “Qarabağ”ın İspaniya təmsilçisi ilə matçlarda ümumlikdə 1 milyon avro (1.977600 AZN) qazanc əldə etməsi deməkdir.

Qeyd edək ki, qrup mərhələsindəki hər qələbənin mükafat məbləği 1,5 milyon heç-heçə isə 500 min avrodur. 1/8 final mərhələsinə çıxan klub isə 6 milyon avro qazanacaq.


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share:

Deprecated: Calling get_parent_class() without arguments is deprecated in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/comments.php on line 2152