“Qarabağ” 2 braziliyalı futbolçunu geri qaytarır

“Qarabağ” Riçard Almeyda və Reynaldonu geri qaytarmaqda maraqlıdır.
Müstəqil.Az Fanat.az-a istinadən xəbər verir ki, bu yay “Astana”ya keçən Riçard Almeydanın mayda Ağdam təmsilçisinə dönməsi mümkündürsə, “Aktobe”də oynayan Reynaldo Azərbaycan çempionunun sıralarına daha tez qatıla bilər. Onun yanvarda geri dönməsi gündəmdədir. Tərəflər ortaq məxrəcə gələ biləcəyi halda, Qazaxıstan təmsilçisi braziliyalı vingerin yolunu kəsməyəcək.
Share: