Qahirədə kilsə yanğını: Onlarla insan həlak olub

Bazar günü Qahirədə kilsədə baş verən yanğında onlarla insan həlak olub.

Hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, İmbaba rayonunda yerləşən ibadətgahda baş verən yanğın nəticəsində 35 nəfər ölüb, 25 nəfər yaralanıb. Yaralılar İmbaba və qonşu Aquza rayonundakı xəstəxanalara çatdırılıb.

Ölkənin səhiyyə nazirliyi isə insident nəticəsində bir nəfərin öldüyünü və 55 nəfərin yaralandığını təsdiqləyib.

Məlumata görə, zərərçəkənlərin əksəriyyəti bazar günü kilsədəki məktəbə dərsə gələn uşaqlardır.

Hazırda kilsədə baş verən yanğın söndürülüb.

Mənbə: TASS

Share: