Qadınların yarıçılpaq kişiləri izləməsi günahdır – Prokuror

Futbol üzrə İran yığma komandası ilə Boliviya arasında Tehranda oynanılan yoldaşlıq görüşündə qadın azarkeşlərin olması böyük problemə səbəb olub.

Müstəqil.Az  xarici mediaya istinadla xəbər verir ki, İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri qadınların oyunu tribunadan izləmələrinə qarşı olduğunu bildirib.

“Mən bir müsəlman olaraq qadınların tribunada olmasından narahatlıq keçirdim. Bir qadının tribunaya çıxaraq yarıçılpaq kişiləri izləməsi böyük günahdır. Bu fikrimlə razılaşmayan hər kəslə mübahisə edə bilərəm. Əgər bu hal təkrarlansa, Tehran prokurorlarına bu barədə tədbir görmələri üçün əmr verəcəyəm”.

Qeyd edək ki, 2-1 hesabı ilə İran yığmasının xeyrinə başa çatan görüşdə iranlı qadınlar 40 il sonra ilk dəfə tribunadan oyun izləyiblər.


Share: