1. Yun geyimin bədənə batmaması və yumru düyünlərin yaranmaması üçün
Hər iki problemdən eyni zamandan qurtulmaq üçün yeni alınmış “sviter”i islatmaq və qatlayaraq 10 saat soyuducunun dondurucusunda saxlamaq lazımdır. Donu açmaq üçün isti suya salınıb istifadə etmək olar.
2. Geyimdə pis qoxunun aradan qaldırılması üçün.
Bunun üçün araqla suyu 1-in 3-ə miqdarında qarışdırıb geyimin üzərinə fısqırtmaq lazımdır. Xoşagəlməz qoxu dərhal aradan qalxır.
3. Paltardan tonlaşdırıcı krem ləkəsini təmizləmək üçün
Paltarı yumazdan əvvəl həmin ləkənin üzərinə üz qırxmaq üçün istifadə olunan köpük vurmaq lazımdır.
4. Dodaq boyası ləkəsini necə silmək olar?
Saç lakını ləkənin üstünə vurub gözləyin.
5. Zamşa ayaqqabını təmizləmək üçün yumşaq dırnaq bıçağından istifadə etmək lazımdır.
6. Dəri ayaqqabının üzərində yaranan ağ ləkələr.
Qarın və duzun yaratdığı bu ləkələri təmizləmək üçün yumşaq diş fırçası vasitəsilə su və sirkənin (2/1 miqdarında) qarışığından istifadə etmək lazımdır.
7. Laklı ayaqqabının əvvəlki vəziyyətini bərpa etmək üçün
Ayaqqabının sürtülmüş yerlərini vazelinə batırılmış pambıqla silmək lazımdır. Parıltı vermək üçün isə şüşəsilən maddədən istifadə edin.
8. Qopmuş düyməni yerinə bərkitmək üçün
Əgər düymə sallanırsa onun ipinə şəffaf lak vurub yerinə bərkidin.
9. Eynəyin vinti boşalıbsa, yenə də dırnaq üçün şəffaf lak vasitəsilə onun yerini bərkidə bilərsiniz.
10. Yağlı ləkəni tez aradan qaldırmaq üçün qab yuyucu maddələrdən istifadə edin. Bir qədər ləkənin üzərinə sürtmək lazımdır. Digər yollar isə ləkənin üzərinə dərhal süfrə duzu və ya kiçik miqdarda təbaşir töküb bir saat saxlayıb sonra təmizləyin.
11. Geyimin “zamoku” ilişirsə, onu pambıqlı çubuqla vazelinləyin.
12. Paltardakı tər ləkələrindən qurtulmaq üçün limon suyu və ya qida sodasından istifadə etmək mümkündür. Limon suyunu adi su ilə qarışdırın ləkənin üzərini silin. Daha çətin gedilən ləkələr üçün isə soda ilə suyun qarışığını həmin yerin üzərinə çəkib gözləmək və yaxalayaraq yumaq lazımdır. Hətta aspirin və perekis də bu hallarda yardımçınız ola bilər.
13. İdman ayaqqabılarından gələn xoşagəlməz qoxuları aradan qaldırmaq üçün onun içinə bir qədər soda tökün. Bir qədər saxladıqdan sonra təmziləyə bilərsiniz.