Qadın paltarı geymiş Radikal islamçı kişilər tutuldular…

Müstəqil.az “Akipress” nəşrinə istinadən xəbər verir ki, Tacikistanın Xatlon vilayətinin Şahritus rayonunda qadın paltarı geyinmiş iki radikal islamçı tutulub.
Onların hər ikisi vətəndaşları başqa dövlətlərin ərazisindəki silahlı konfliktdə iştiraka cəlb etməklə məşğul olurmuş.
Axtarışda olan 33 yaşlı Akmal Səfərov və 35 yaşlı Əlişir Nurəliyev milis əməkdaşları tərəfindən saxlanılıb. Bu şəxslərə əvvəllər də cinayət işi açılıb.
Saxlanılanlardan biri etiraf edib ki, 2015-ci ildən Tacikistanda qadağan edilmiş “Sələfi” təşkilatının üzvüdür. Kişilər həm də etiraf edib ki, onlar və daha bir neçə şəxslərlə birlikdə Suriyaya gedib terrorçular tərəfdən döyüşlərdə iştirak etmək niyyətində olublar.
Qadın paltarı geymiş radikal  islamçı kişilər hal-hazırda həbsdə saxlanır və onlara qarşı uyğun istintaq hərəkətləri aparılır.

Share: