“Qabil Nabi və dostları”

“Qabil Nabi və dostları”

05.10.2026-cı il tarixində Müəllimlər günü münasibəti ilə Bakı Reabilitasiya Mərkəzində oxucularla görüş keçirilib

Müstəqil.az bildirir ki, görüşdə Qabil Nabi ilə yanaşı gözəl şeirlər müəllifi Zirəddin Quliyev, tanınmış müğənni İsmayıl Rəcəbov, həvəskar müğənni Müşfiq Vəlizadə də iştirak edirdilər.

Tədbir iştirakçıları müəllimlərimiz haqda xoş sözlər deyib fikirlərini bildirdilər. Tədbir zamanl müxtəlif mövzulara aid şeirlər söylənildi, mahnılar ifa olundu, xəstə və həkim kollektinin sualları cavablandırıldı. Sonda oxuculara şairlərin imzası ilə kitablar təqdim olundu.

Mərkəzdə müalicə alan xəstələrin marağına səbəb olan bu tədbirin təşkilinə görə BRM-in baş həkimi Vüsalə xanıma, təşkilatçı Leyla xanıma, təşəbbüsçü Aida xanıma minnətdarlığımızı bildiririk.

Müstəqil.az

Share: