Qəzzada quru əməliyyatı başlayandan 176 İsrail hərbçisi həlak olub

Qəzza zolağında Fələstinin HAMAS hərəkatına qarşı quru əməliyyatı başlayanadan həlak olan İsrail hərbçilərinin sayı bəlli olub.

xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

“HAMAS-a qarşı quru hücumu başlayandan bəri həlak olan hərbçilərin sayı 176-ya çatıb”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl Livanın Hizbullah hərəkatının İsrailin şimalındakı hərbi obyektə 60-dan çox raket atdığı məlum olub.

Share: