“QƏBULETMƏ: barışmaq, ya boyun əymək?”-Gənc yazar Aygün Sadiqin psixoloji yazılarından…

QƏBULETMƏ: barışmaq, ya boyun əymək?
 
Qəbuletməyə təsir edən 3 əsas səbəb mövcuddur :
1. Öz qabiliyyətlərimiz;
2. Çevrəmizdəki insanlar;
3. İçində olduğumuz durumlar.
 
1. Ailəmiz- yaxınlarımız daim bizə rol biçər- “Sən filankəs olacaqsan”, “Sən filan cür olacaqsan”, “Bu addımları at”.
Bu təlqinlər o qədər çoxalar ki, artıq, öz xəyalın imiş kimi qəbul edərsən… Və toplumun sənə biçdiyi rola qaçarsan.
Qəbuletmə: Ssenariləşmiş xəyallara qaçırsan. Və yorulursan. Sənə biçilən rolu həyatına oturtmağa çalışarkən divara dəyərsən. Tükənərsən.
Öz qabiliyyətinə doğru yönəl. Rahat ol- hər şeyi etmək və nail olmaq məcburiyyətində deyilsən. Önəmli olan- kifayət qədər çalışmaqdır. Bir müddət sonra qəbuletmə yaranar: “bəlkə, yetərincə qabiliyyətli deyiləm?”- bu, normaldır. Çünki qabiliyyətli olmaya bilərsən.
QƏBULETMƏ BOYUN ƏYMƏK DEYİL. Uğraşmadan “bacarmıram” desəydin, bunu passiv qəbuletmə hesab edərdik. Amma sən müəyyən yerə qədər çalışdın. Nəticəni və ya nəticəsizliyi gördün. Bu zaman qarşınıza yeni seçimlər çıxacaq.
Başqa sahədəki qabiliyyətlərinə nəzər yetir…
2. Beynimizdəki şablon çərçivələrə ətrafımızı (yaxınlarımızı) uzlaşdırmağa çalışmağımız da yanlışdır; onları dəyişdirməyə məcbur deyilik.
” Qarşı tərəf bunları etmədi”. Həm dəyişdirməyə cəhd, həm çərçivəmizə uzlaşmamağın üzüntüsü. Unutmayın: qarşı tərəf də insandır, onun qabiliyyəti budur, edə biləcəyi budur – bizdəki kimi.
Dirənişə davam edərsən. Baxarsan ki, illərdir, adam dəyişmir. BURDA AKTİV QƏBULETMƏ BAŞLAYIR. Qarşına yeni seçimlər çıxır: “bu adamla həyata davam edə biləcəyəm mi? Bilməyəcəyəmsə, filan seçimlərimi edim…” Ya olduğu kimi qəbul (çalışmaq sonrası qəbuletmə) , ya tərk edəcəksən (yeni seçimlərə yol açılır, məs: yolları ayırmaq kimi).
 
3. Düşdüyümüz durumlarda müxtəlif reaksiya sərgiləyirik: “həyat məni hara gətirdi!”, “Mən bu vəziyyətə düşəcək adam deyildim” və s. Həyatı bizlə savaşdakı qalib, özümüzü məğlub tərəf kimi görərik.
Passiv qəbuletmədə durum bizi depressiyaya salar, aktiv qəbuletmədə isə sakitcə mücadiləmizi edərik.
Bəzən isə özümüzü situasiyaya layiq görməyərək əsəbiləşərik…
Həyat həmişə hədiyyə gətirir. O hədiyyə heç də həmişə lentlə bağlanmış olmur- sadə olur, kiçikdən başlayır. Hədiyyəyə yuxarıdan aşağı baxaraq saymamazlıq etsək, özümüzə qapanırıq. Həyat səndən küsməz, sən ondan küsərsən və kiçik dünyanda irəliləmədən qalarsan.
Hədiyyəni şükranlıq duyğusu ilə qəbul etsək, irəliləyən zamanlarda mərhələ-mərhələ hədiyyələr artacaq. Hədiyyəni rədd etmə, qəbul et, sonra özün onu inkişaf etdirərsən.
Qəbul etməsək, üzləşmək qorxusu yaranar. Bu zaman aşırı sosiallaşma baş verir. Ruhumuzu təklikdən qorumaq üçün çabalayarıq.
Qəbul edən insan həyatla dalaşmaz, onunla birgə yeriyər. Xəyalına can atsa da, alınmazsa, buraxar və dincliyini itirməz. Başına pis hadisə gələrkən üzülər, amma məhv olmaz. Çıxış yolu düşünər.
Aygun Sadiq
Share: