Qəbələdə ağaca çırpılan maşın yanıb, ölən və yaralananlar var

Qəbələdə ağaca çırpılan maşın yanıb,

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan -ya verilən məlumata görə, yanvarın 6-sı saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü Rafael Əzizovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb və yanıb.

Hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 23:25

Qəbələ də baş verən qəzada bir nəfər ölüb, ikisi isə xəsarət alıb.

-nın Şirvan bürosu xəbər verir ki, 99-KJ-966 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq agaca çırpılıb.

Hadisə nəticəsində xəsarət alanlar ağır vəziyyətdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

***

Saat 22:44

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

-nın Şirvan bürosu xəbər verir ki, hadisə Əmili kəndində baş verib.

İlkin məlumata görə, “Mercedes” markalı avtomobilin ağaca çırpılması nəticəsində ölən və yaralananlar var.

Share: