Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilir.
Müstəqil.Az qol.az-a istinadən xəbər verir ki, final uğrunda mübarizəyə Qəbələdə start verilib. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edib. Bu mövsüm Premyer Liqada keçirilən 4 oyunun hamısında “qırmızı qaralar”a qalib gələn Qurban Qurbanovun komandası kubok matçında rəqibinə məğlub olub. Bununla da “Qəbələ” 1 həftə sonra keçiriləcək cavab görüşü öncəsi minimal hesablı üstünlük qazanıb.
Günün digər oyununda isə “Zirə” “Sumqayıt”ın qonağı olub. Premyer Liqamızda uğursuz mövsüm keçirilən komandaların görüşündə qol olmayıb.
Qeyd edək ki, komandalar arasında cavab matçı mayın 1-də keçiriləcək.
23 aprel (çərşənbə axşamı)
18:30.”Sumqayıt” – “Zirə” – 0:0
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”
16:00.”Qəbələ” – “Qarabağ” – 1:0
Qol: C. Adeniyi, 72
Hakimlər:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
Qəbələ şəhər stadionu