Putin və Tramp bu tarixdə görüşəcəklər – Kremldən AÇIQLAMA

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp iyulun 16-da Helsinkidə görüşəcəklər.

Müstəqil.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Kremldən bildiriblər.

Rusiya və ABŞ liderlərinin görüşünün keçirilməsi haqqında son razılaşma Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun iyunun 27-də Moskvaya səfər zamanı əldə edilib.

Hada əvvəl ABŞ prezidenti bildirib ki, Rusiya prezidenti ilə Suriya və Ukrayna məsələlərini müzakirə etmək niyyətindədir.

Müstəqil.Az

Share: