Putin referendumu soruşub? – Nikoldan sərt cavab

Putin referendumu soruşub? – Nikoldan sərt cavab

Referendumun keçirilməsi və onun təşkil olunma müddətləri ilə bağlı müzakirələr yersizdir, çünki bu məsələ üzrə qərar yalnız Ermənistanın suveren səlahiyyətlərinə aiddir.

Müstəqil.Az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı zamanı referendumun keçirilmə vaxtına dair məsələ qaldırıb-qaldırmadığı barədə suala cavab verərkən deyib.

“Referendumun keçirilmə müddəti ilə bağlı müzakirələr yersizdir. Suveren hüquqlarımıza gəldikdə isə, qərarları biz qəbul edirik. Referendumu nə vaxt keçirmək, nə vaxt keçirməmək və hansı şərtlərlə təşkil etmək məsələsini yalnız biz müəyyən etməliyik. Buna görə də bu mövzuda müzakirələr yersizdir”, – o bildirib.

Paşinyan Ermənistanın AB ilə münasibətlərinə toxunaraq bildirib ki, bu məsələyə dair rəsmi məlumat mənbəyi üçüncü ölkələrin xüsusi xidmət orqanları deyil, birbaşa AB-dəki tərəfdaşlardır.

Qeyd edək ki, Rusiya kəşfiyyatı AB-nin “artıq indidən İrəvandan Rusiya ilə humanitar əlaqələri kəsməyi və Rusiya biznesinin ölkədəki fəaliyyətini azaltmağı tələb etdiyi” haqda məlumat yayıb.

Zeynəb Əkbər

Share: