Rusiya prezidenti Vladimir Putin hökumətə ölkənin 60 faizə qədər əhalisini qrip əleyhinə peyvəndlə təmin edilməsi barədə göstəriş verib.
Müstəqil.az “İzvestiya”-ya istinadla xəbər verir ki, tapşırıqların siyahısı Kremlin saytında dərc edilib.
Göstərişdə həmçinin qeyd olunur ki, hazırlanan dərmanların qeydiyyatı aparıldıqdan sonra vətəndaşların koronavirus infeksiyası əleyhinə peyvənd edilməsini də təmin etmək lazımdır.(publika)