Pskov şəhərinin hava limanına dron hücumu olub — Yenilənib

Pskov şəhərinin hava limanına dron hücumu olub — Yenilənib

Avqustun 29-u axşam saatlarında Rusiyanın Pskov şəhərinin hava limanına dron hücumu olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, hava limanına 20-yə yaxın pilotsuz təyyarə hücum edib.

Hazırda baş verənlərlə bağlı rəsmi məlumat yayılmayıb.

Qeyd olunur ki, Pskov üzərində səma, bölgə və ən yaxın rayonlar təyyarələrin uçuşu üçün bağlıdır. Hava limanına girişlər də bağlanıb.

***

Hadisə ilə bağlı Rusiyanın Pskov vilayətinin qubernatoru Mixail Vedernikov teleqram kanalında məlumat yayıb.

O bildirib ki, ilkin məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb:

“Hadisənin əvvəlindən şəxsən mən hadisə yerində olmuşam. Dağıntının miqyası dəqiqləşdirilir”.

Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Pskovda hərbi aerodromda pilotsuz təyyarənin hücumu nəticəsində dörd İl-76 təyyarəsi zədələnib.

Qeyd edək ki, Pskova sonuncu dəfə dron hücumu bu il mayın 27-də olub.


Share: