Ölkəmizdə koronavirusla mübarizə məsələsində önəmli məsafə qət etmişik. Bildiyimiz kimi, Cənab Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva həm insanlarımızın sağlamlığını qorumaq üçün zəruri addımlar atır, həm də özləri nümunə olurlar.
Müstəqil.Az bildirir ki bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov ölkəmizdə koronavirusla mübarizə istiqamətində aparılan işlər barədə danışarkən deyib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev, eləcə də I vitse-prezident Mehriban Əliyeva iştirak etdikləri bütün qapalı məkanlarda sosial məsafə saxlayır və tibbi maskadan istifadə edir:
“Buna misal olaraq onların avqustun 26-sı Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəbin açılışında iştirakını göstərmək olar. Həm cənab Prezident, həm də Mehriban xanım tibbi maskadan istifadə etmişdi. Bu, ölkənin ən önəmli iki şəxsinin cəmiyyətə örnək olması mənasına gəlir. Onlar özləri şəxsi nümunə olmasaydılar, karantin qaydalarına heç kim ciddi yanaşmazdı.
Lakin çox təəssüf ki, son zamanlar bəzi vəzifəli şəxslərin karantin rejiminin tələblərini pozması, müxtəlif tədbirlər, ad günləri keçirməsi kimi halları müşahidə edirik. Halbuki Prezident İlham Əliyev və Mehriban xanım öz ad günlərini əksər hallarda xalq arasında, cəbhə bölgələrində, iş başında keçirir”.
Deputat qeyd edib ki, istər sadə vətəndaşlar, istərsə də məmurlar koronavirusla mübarizə məsələsinə ən azı dövlət başçısı qədər ciddi yanaşmalıdır.
Müstəqil.Az