Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
“Report”un məlumatına görə, günün ilk matçında “Kəpəz” “Səbail”i qəbul edib.
Gəncə şəhər stadionunda gerçəkləşən qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. “Dənizçilər”in qollarını 2-ci dəqiqədə Yusif Nəbiyev, 16-cı dəqiqədə Valdemar Almeyda, 54-cü dəqiqədə isə Aleksandr Ramalinqom vurub.
Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran qonaqlar müvəqqəti olsa da, ikinci pilləyə yüksəliblər. “Kəpəz” isə 4 xalla 9-cu sıradadır.
Qeyd edək ki, turun ilk matçında “Zirə” “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib. “Turan Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Sabah” oyunları sentyabrın 17-də baş tutacaq.