Portuqaliya millisinə qol vuran azərbaycanlı futbolçu: “Fəxr edirəm ki…” – VİDEO

Dünya Çempionatının qrup mərhələsində Portuqaliya millisinin qapısına komandasının yeganə qolunu vuran İran yığmasının Azərbaycan əsilli kapitanı Kərim Ənsərifərd maraqlı açıqlama verib.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, Ərdəbil şəhərində doğulub böyüyən 28 yaşlı kapitan azərbaycanlı olduğu üçün fəxr etdiyini bildirib.

İran telekanallarından birində qonaq olan Kərim farsca ilə yanaşı, Azərbaycan dilində də danışıb və “mən fəxr edirəm ki, azəriyəm, türkəm, bu mənim iftixarımdır” ifadələrini işlədib.

Qeyd edək ki, Kərim Ənsərifərd 1990-cı ildə Ərdəbildə azərbaycanlı ailəsində anadan olub. Hazırda “Olimpiakos” komandasında hücumçu mövqeyində forma geyinir. 2005-ci ildən İran millisində çıxış edir.

Qeyd edək ki, qrup mərhələsi çərçivəsində İran Portuqaliya ilə qarşılaşmış, matç 1:1 hesabı ilə başa çatmışdı. Kərim Ənsərifərd komandasının yeganə qolunu 90+3-cü dəqiqədə vurmuşdu.

Share: