Pentaqon Ostinin xəstəxanaya yerləşdirilməsi xəbərini Ağ Evdən gizli saxlayıb

ABŞ-nin müdafiə naziri Lloyd Ostinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat üç gün Ağ Evdən gizli saxlanılıb.

xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayaıb.

Qeyd olunub ki, yanvarın 1-də Pentaqon rəhbərinin xəstəxanaya yerləşdirilməsindən Ağ Ev nümayəndələri yalnız cümə axşamı günü xəbər tutublar.

“Bu, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan da daxil olmaqla, yüksək səviyyəli rəhbərliyi şoka salıb. Bu, belə baş verməməli idi”, – deyə vurğulanıb.

Pentaqon rəsmiləri nəşrə bildiriblər ki, hətta ABŞ-nin yüksək rütbəli hərbi rəsmiləri də mətbuat xidmətinin cümə günü rəsmi açıqlamasına qədər Ostinin vəziyyətindən xəbərsiz olublar.

Onlara Pentaqon rəhbərinin bir həftə evdən işləyəcəyi deyilib.

Qeyd edək ki, ötən gün Pentaqon rəhbərinn son planlı tibbi prosedurdan sonrakı ağırlaşmalar səbəbindən Valter Rid Milli Hərbi Tibb Mərkəzinə yerləşdirilməsi barədə məlumat yayılıb.

Share: