![](https://www.mustaqil.az/wp-content/uploads/https://qafqazinfo.az/uploads/1634806222/MyCollages_-_2021-10-21T125059.191.jpg)
Azərbaycana payız fəsli qədəm qoyub.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından “Qafqazinfo”ya verilən məlumata görə, fəsli Azərbaycana sentyabrın 23-də Bakı vaxtı ilə saat 05:03-də daxil olub.
Payız gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin şimal yarımkürəsində payız fəsli başlayıb. Günəş ekliptika üzrə hərəkət edərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçib.
Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-dək davam edəcək. Dekabrın 22-si saat 01:48-də qış fəsli payızı əvəz edəcək.