Paşinyanın tərəfdarları prezidenti impiçmentlə hədələdilər

Hakim “Mənim addımım” fraksiyasından olan deputat Vaaqn Ovakimyan Ermənistan prezidenti Armen Sarkisyana impiçment tətbiq olunacağını istisna etməyib.

Virtualaz.org bildirir ki, bu barədə o, Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, buna səbəb prezident Armen Sərkisyanın baş nazir Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərar layihəsini imzalamaqdan imtina etməsidir.

O dəqiqləşdirib ki, ölkə konstitusiyasının müəyyən etdiyi 139-cu fəsil çərçivəsində prezident ölkənin baş naziri Nikol Paşinyanın vəsatətini geri qaytara bilər.

Amma deputat bildirib ki, indiki halda A.Sarkisyan öz səlahiyyətlərini özbaşına həyata keçirib və bu, ölkədə sabitliyin pozulmasına gətirə və dövlət təhlükəsizliyini təhlükə altında qoya bilər: “Ən emosional təsəvvürə sahib olar insan belə bu prosesdə heç bir antikonstitusion element görə bilməz. Biz əslində Prezidentin səlahiyyətlərindən özbaşına istifadəni görürük. Prezidentin səlahiyyətlərini özbaşına həyata keçirməsi dövlət təhlükəsizliyini təhlükə altına ala və vəziyyətin qeyri-sabitləşməsinə səbəb ola bilər. Konstitusiyanın 141-ci maddəsinin kobud şəkildə pozulmasını əsas götürərək prezidentin impiçment prosesinə başlamaq olar”.

 

Virtualaz.org

Share: