Paşinyanın “Qarabağ etirafı”, deputat Zöhrabyanın isə “İlham Əliyev etirafı”… – Aydın QULİYEV yazır…

Paşinyan ölkəsinin İTV-nə minlərlə erməninin heç cür barışa bilmədiyi həqiqəti, daha doğrusu dünyanın üç güc mərkəzi sayılan ABŞ, Rusiya və AB-nin Qarabağla əlaqəli qəti mövqelərini etiraf etdi – “Onlar Qarabağın nə müstəqilliyini, nə də Ermənistana qatılmasını tanımağa hazır deyillər”. Paşinyanın sözləri burada bitdi…

Ermənistanın keçmiş deputatı Naira Zöhrabyan guya öz aləmində Paşinyanın səhvini tuturmuş kimi, həm də guya İlham Əliyevin də 6 il əvvəl fərqli fikirdə olduğunu sübut edirmiş kimi reaksiya verib. Ancaq əslində Qarabağ məsələsində Azərbaycanın diktə olunan subyekt vəziyyətindən diktə edən subyektə necə çevrildiyini klassik formada ifadə edir və özü də bilmədən İlham Əliyevin necə iş bacardığını etiraf edir. Naira Paşinyana xitabən yazıb: “Axı, İlham Əliyev dedi ki, bizi 2016-cı ildə bağlı qapılar arxasında Qarabağın müstəqilliyini tanımağa məcbur edirdilər”…

Baxın… Zöhrabyan Nikola öz aləmində demək istəyir ki, 2016-cı ildə Qarabağın müstəqilliyini tanımaq istəyənlər və təbii ki, bunu İlham Əliyevin də etməyini istəyən beynəlxalq qüvvələr var idi…

Əvvəla, Azərbaycan Prezidenti Azərbaycandan güzəştlərin tələb edildiyini və ölkənin lideri olaraq sonadək buna lazımi tərzdə müqavimət göstərdiyini etiraf edib.

İkinci, Paşinyanınkı bir etiraf, Nairanınkı isə başqa etirafdır. Paşinyanın etirafını dedik. Zöhrabyan isə Əliyevin Azərbaycanı və Qarabağ məsələsini haradan haraya gətirib çıxardığını etiraf edır…

Erməni olanda nə olar?! Həqiqət həqiqətdir…

Aydın QULİYEV

Share: