Parlament sədri kürsüdə uşağa süd verdi – MARAQLI…+ VİDEO

Yeni Zelandiya parlamentinin sədri Trevor Mallardın milli məclis kürsüsündə bir millət vəkilinin parlamentə gətirdiyi 2 aylıq oğluna əmziklə süd verdiyi görüntü sosial mediada gündəmə çevrilib.
Müstəqil.az xəbər verir ki, atalıq qabiliyyəti ilə böyük rəğbət qazanan və üç uşaq atası olan Mallard deputatlardan birinin uşağı qucağında olarkən çəkilən fotosunu sosial mediada paylaşaraq “Normalda bu kürsüdə parlamaenti idarə edənlər oturur, amma bu gün kiçik qonağımız bu kürsünü mənimlə paylaşdı” deyərək yeni ata olan millət vəkilini təbrik edib.

Share: