Pakistanda Müvəqqəti Nazirlər Kabinetinin üzvləri and içdilər

Pakistanda Müvəqqəti Nazirlər Kabinetinin üzvləri and içərək vəzifələrinin icrasına başlayıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müvəqqəti hökumətin Nazirlər Kabinetinin 18 üzvü var.

Müvəqqəti Baş nazir Ənvarul Hak Kakar Prezident Arif Alvinin iştirakı ilə and içib.

Mərasimdə Alvinin oxuduğu and mətnini təkrarlayan Nazirlər Kabinetinin üzvləri öz vəzifələrinin icrasına başlayıblar.

Müvəqqəti hökumətin xarici işlər naziri ölkənin Vaşinqtondakı keçmiş səfiri Cəlil Abbas Cilani olub.

Həmçinin, Pakistanın keçmiş Mərkəzi Bankının rəhbəri Şamşad Aktar gəlirlər və maliyyə naziri təyin edilib.


Share: