Pakistanda azyaşlı qıza təcavüz – Ölənlər var

Pakistanın Kasur şəhərində itkin düşən yeddi yaşlı qızın cəsədi tapılıb. Araşdırmalar zamanı azyaşlı qızın təcavüz edilərək öldürüldüyü məlum olub.

Müstəqil.Az Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, olay ölkəni qarışdırıb. Minlərlə etirazçı küçələrə axın edib.

Məlumatlara görə, ötən il 12 azyaşlı qız eyni aqibətlə üzləşib. Ancaq buna baxmayaraq, hadisələrlə bağlı heç kəs saxlanılmayıb.

Etiraz aksiyası zamanı toqquşmalar baş verib. Polisin açdığı atəş nəticəsində 2 etirazçı ölüb.

Bundan sonra Pəncab bölgəsinin qubernatoru Şahbaz Sərif cinayətkarların dərhal tapılacağı ilə bağlı etirazçılara vəd verib.

Müstəqil.Az


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share:

Deprecated: Calling get_parent_class() without arguments is deprecated in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/comments.php on line 2152