Yaponiyada onlarla delfin özünü sahilə atdı

Yaponiyanın Çiba prefekturasının administrasiyasının nümayəndələri iki gün ərzində İsumi və İçinomiya şəhərləri arasındakı sahildə 40-dan çox delfin tapıblar, onlardan bir neçəsi ölüb.

Bildirilir ki, bazar ertəsi 33 delfin tapılıb, onların böyük əksəriyyətini yenidən suya qaytarmaq mümkün olub. Bu gün eyni ərazilərdə daha səkkiz delfin tapılıb.

Məməlilərin özlərini sahilə atmasının dəqiq səbəbi hələ məlum deyil.

Mənbə: MK.ru

Share: