Saatlı sakinlərinin problemi nə vaxt həllini tapacaq?

Saatlı rayonunun Nəsimi, Sımada, Soltanabad və Mircəlal kəndlərinin 11 min nəfərə yaxın əhalisi illərdir təbii qazın yoxluğundan əziyyət çəkirlər.

Kənd sakinləri qazın olmaması səbəbindən qışda odun tədarükünə xeyli pul xərclədiklərini deyirlər.

“Həyətdə bir dənə meyvə ağacı qoymamışam. Anam 300 manat pensiya alır. Heyvanımı satıb həmin vəsaitin üstünə pul qoyub odun alıram”, – deyə kənd sakini qeyd edib.

Görəsən, kənd sakinlərinin problemi nə vaxt həllini tapacaq?

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Share: