Rusiyada dağıdıcı qasırğa: Güclü külək işıqforları, hasarları və hətta insanları uçurdur

Rusiyanın Norilsk şəhəri dağıdıcı qasırğanın əsarətindədir. Güclü külək işıqforları, hasarları, evlərin damlarını uçurdur.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb. Görüntülərin birində yoldan keçən sakinin qorunmaq üçün dəmirlərdən tutduğu, ancaq buna baxmayaraq küləyin onu yıxdığını görmək olar.

Bildirilir ki, qasırğa xəbərdarlığı bir gün əvvəldən verilib. Sinoptiklər günün sonuna qədər şəhərdə küləyin 25 m/s-dək güclənməsi təhlükəsinin qalacağını proqnozlaşdırırlar.

Mənbə: Vesti

Share: