“Real Madrid” Ronaldu barədə görüntü paylaşdı

Madrid “Real”ı Kriştianu Ronaldu barədə maraqlı video paylaşıb. Kadrlar 2017-ci ildə “Alaves”lə matç ərəfəsində qeydə alınıb.

Bildirilir ki, Lukas Vaskes matça ehtiyat oyunçular skamyasında başlayacağını oyuna az qalmış məlumat alır. Bunu öyrənən Ronaldu və Kərim Benzema tribunadan çıxış zamanı 25 yaşlı ispaniyalıya sataşırlar: onu uşaq kimi “əldən tutaraq” çölə çıxmağa dəvət edirlər.

Qeyd edək ki, Vaskesin boyu 173 sm-dir, o, Zidanın komandasının ən qısaboylu oyunçusu olub.

Videoda daha sonra Vaskesin ulduz partnyorlarının bu zarafatına təbəssümlə çiyinlərini çəkməklə cavab verdiyi görünür.

Yeri gəlmişkən “Real Madrid” həmin oyunda 3:0 hesabı ilə qalib gələrək, cədvəldəki liderliyini möhkəmləndirmişdi, Vaskes isə oyunun bitməsinə cəmi 10 dəqiqə qalmış meydançaya çıxmışdı.

Mənbə: Sports.ru

Share: