Qulaqağrısı ilə xəstəxanaya getdi, həkim isə pinsetinə hücum çəkən hörümçək gördü

Çində baş verən hadisə, hətta həkimləri heyrətə gətirib. Belə ki, hörümçək bir qadının qulağında yuva qurub və hətta balalayıb.

Qeyri-adi hadisə Sıçuan əyalətində baş verib.

Çinli qadın qulağında ağrı və daimi küylə bağlı həkimlərə şikayət edib. Həkimlər endoskopik müayinə zamanı orada yalançı qulaq pərdəsi aşkar ediblər. Diqqətlə araşdırdıqda isə bunun əslində hörümçək toru olduğu ortaya çıxıb.

Torun altında isə balalarını qorumaq üçün pinsetə hücum edən hörümçək aşkarlanıb.

Qadının qulağından həşərat çıxarılıb. Hörümçək zəhərli olmayıb, ancaq qadının qulaq kanalına cüzi zərər vurub.

Mənbə: News.ru

Share: