Oxu.az – Qan xərçəngindən əziyyət çəkən 7 yaşlı Rüqəyyanın anası: “Müalicədən sonra qızıma ilik köçürülməlidir”

7 yaşlı Rüqəyya kəskin limfoblast leykemiyadan (qan xərçəngi) əziyyət çəkir. 

Bu barədə Oxu.Az-a onun anası Bədəlova Aygün məlumat verib.

O bildirib ki, qızı 2020-ci ilin may ayından bu xəstəliklə mübarizə aparır.

“Övladım Şükürzadə Rüqəyya Turan qızı 2016-cı ildə sentyabrın 30-da doğulub. Artıq üç ildir ki, kimyaterapiya kursları keçir. Biz dekabr ayında Türkiyəyə gəlmişik, qızım burada xeyirxah bir nəfərin köməyi ilə bir kurs müalicə olunub. İndi yenidən iki kurs müalicə olunmalıdır. Bunun üçün isə bizə 26 000 dollar lazımdır. Yoldaşımla ayrılmışıq, övladlarıma tək baxıram. Bizə nəinki maddi dəstək olur, heç övladlarının vəziyyəti ilə belə maraqlanmır”.

Aygün Bədəlova bildirib ki, Rüqəyyaya donor da tapılıb.

“Rüqəyyanın donoru öz qardaşıdır. Amma hələ müalicə olunmalıdır. Müalicə prosesi bitdikdən sonra qardaşından ona ilik köçürüləcək”. 

Rüqəyyanın babası ilə əlaqə: 050 522 09 55

Rüqəyyanın anası: 050 710 87 13 (WhatsApp) 

Share: