Oxu.az – “Pəyame-Nur” Universitetinin tələbələri etiraz aksiyası keçirib

Qərbi Azərbaycanın Saqqız şəhərində “Pəyame-Nur” Universitetinin öyrənciləri universitet rəhbərliyinin maneə yaratmasına baxmayaraq hökumət əleyhinə etiraz aksiyası keçirib.

Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Öyrəncilər İranın dini rəhbərini pisləyən şüar səsləndiriblər: “Bu il qan ilidir, Seyid Əli devrilməlidir!”

Öyrəncilər bildirib ki, universitet rəhbərliyi öyrəncilərin dərsləri boykot etməsinin qarşısını almağa çalışsa da öyrəncilər öz sözündən dönməyərək aksiyanı davam etdirəcək və heç kim onların səsini kəsə bilməz.

 

Share: