Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ikinci matçında “Neftçi” “Sumqayıt”ın qonağı olub.
Matç paytaxt təmsilçisinin qələbəsilə başa çatıb – 1:0. Yeganə qolu 74-cü dəqiqədə Dieqo Valdez vurub.
Bu nəticədən sonra xalllarının sayını səkkizə çatdıran “Neftçi” üçüncü pilləyə yüksəlib. Yeddi xala malik “Sumqayıt” dördüncü sıradadır.
Qeyd edək ki, günün ilk görüşündə “Qəbələ” “Zirə”ni məğlub edib – 1:0.
Turun ilk oyununda “Turan Tovuz” səfərdə “Sabah”ı üç cavabsız qolla üstələyib. Tura sentyabrın 3-də “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail” – “Qarabağ” görüşləri ilə yekun vurulacaq.
Faiq Tahirov