Məşhur türkiyəli sənətçiyə xərçəng diaqnozu qoyuldu

Məşhur türkiyəli sənətçiyə xərçəng diaqnozu qoyuldu

Məşhur türkiyəli klarnet ifaçısı Hüsnü Şenlendiriciyə bağırsaq xərçəngi diaqnozu qoyulub.

46 yaşlı sənətçi özəl xəstəxanada əməliyyat olunub. Bağırsağının 11 sm-i çıxarılan musiqiçi bir həftə həkim nəzarətində qalacaq.

Klarnet ifaçısının vəziyyətinin yaxşı olduğu deyilir.

Mənbə: “Sabah”

Share: