“Mən yaramazam”ın yaradıcısı yeni animasiyanın treylerini yayımladı

“Illumination” animasiya studiyası “Migration” (“Köç”) adlanan yeni uzunmetrajlı cizgi filminin treylerini təqdim edib.

Həmçinin yaradıcılar onun böyük ekranlara çıxma tarixini açıqlayıblar. Bildirilir ki, film miladda – dekabrın 23-də yayımlanacaq.

Animasiyanın rejissoru “Oskar” namizədi Benjamin Rennerdir (“Ernest & Celestine”), ssenarini Mayk Uayt (“White Lotus”) yazıb.

“Köç” ördəklər ailəsinin həyatından bəhs edir. Bütün ailə həddindən artıq himayədar atalarını qeyri-müəyyən müddətə məzuniyyət götürməyə və Baham adalarına köçməyə inandırır.

Mənbə: Gazeta.ru

Share: