Krasnodarda meşə yanğını baş verib

Rusiyanın Krasnodar diyarının Temryuk rayonunda yaşayış məntəqəsi yaxınlığında meşə yanğını baş verib.

Məlumata görə, həmin qəsəbədə 200-ə yaxın insan yaşayır.

Hadisə yerində yanğınsöndürənlər işləyir, yanğını söndürməyə və qəsəbəyə keçməsinin qarşısını almağa çalışırlar.

Qeyd edək ki, ümumilikdə yanğının söndürülməsinə 111 nəfər və 27 texnika cəlb olunub, Rusiya Fövqəladə Hallar Nazirliyinin helikopteri isə hazır vəziyyətə gətirilib.

Mənbə: TASS

Share: