İntihara cəhd edən şəxs xilas olundu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, bir nəfərin Abşeron rayonu, Xırdalan şəhərində avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.

FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşınıb.

“Qafqazinfo”nun intihara cəhdlə bağlı videosunu təqdim edirik:

 

Share: