“İnter”ə son dəqiqə şoku, “Napoli” üç xalı avtoqolla qazandı

İtaliya A Seriyasında XXIX turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, lider “Napoli” “Leççe”nin qonağı olub. Matç neapolluların qələbəsi ilə başa çatıb – 2:1.

Hesabı 18-ci dəqiqədə Covanni di Lorentso açıb. 52-ci dəqiqədə Federiko di Françesko “Leççe”nin bərabərlik qolunu vurub. 64-cü dıqiqədə isə Antonio Qallo qapıları səhv salıb və “Napoli”yə qələbə qazandıran avtoqolun müəllifi olub.

Xallarını 74-ə çatdıran “Napoli” vahid liderdir. Komanda ən yaxın izləyicisi “Latsio”nu 19 xal üstələyir. “Leççe” isə 27 xalla 16-cıdır.

21:55

İtaliya A Seriyasında XXIX tura start verilib.

Oxu.Az xəbər verir ki, “İnter” “Salernitana”nın qonağı olub. Matç qollu heç-heçə ilə başa çatıb – 1:1.

Hesabı 6-cı dəqiqədə “İnter”dən Robin Qosens açıb. Lakin 90-cı dəqiqədə Antonio Kandreva bərabərliyi təmin edib.

51 xalı olan “İnter” 4-cü, 29 xala malik “Salernitana” 15-cidir.

Share: