Oxu.az – İki həftəlik “buz dövrü”nə düşən Ekibastuzun istiliyə məsul şəxsi ölü tapıldı

Qazaxıstanın Ekibastuz şəhəri iki həftə soyuqda qaldıqdan sonra bu gün yenidən istiliklə bağlı problemlə üzləşib: 30 dərəcə şaxta qeydə alınan şəhərin 15 evində istilik yenidən kəsilib. 

Qəzaların aradan qaldırılması üzrə qərargahın rəhbəri Roman Sklyarın sözlərinə görə, bu gün bir həftədən çox istiliksiz qalan dörd evə istilik veriləcək.

Qəribədir ki, günlərdir “buz dövrü” keçirən şəhərin istilik elektrik stansiyasının bölmə rəisi ölü tapılıb.

İlkin məlumata görə, 33 yaşlı Sergey Vidloq şəxsi avtomobilinin salonunda qazdan zəhərlənib.

Noyabrın sonunda Ekibastuz istiliksiz və işıqsız qalıb. İnsanlar donmağa başladığından səlahiyyətlilər təxliyə elan ediblər. Hazırda qəzanın fəsadları aradan qaldırılıb, insanlar öz evlərinə qayıdıblar.

Mənbə: Sputnik Qazaxıstan

Share: