Göygöldə yük maşını aşdı: Xəsarət alanların kimliyi məlum oldu

Göygöldə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti dəqiqləşib.

“Report”un məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı, Laçın rayon sakinləri, 1977-ci il təvəllüdlü Habil Cavadov və 1980-ci il təvəllüdlü Xasay Hümbətov müxtəlif xəsarətlər alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.

Xatırladaq ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunda “KamAZ” markalı yük maşının idarəetmədən çıxaraq aşması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

19:33

Göygöl-Toğanalı-Kəlbəcər yolunda yük maşını aşıb, xəsarət alanlar var.

“Report”un məlumatına görə, “KamAZ” markalı yük maşınının idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan sürücü və sərnişin xəstəxanaya çatdırılıb.

Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Share: